“BAKU CUP-2007” TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də “Gənclik” metro stansiyası yaxınlığındakı İdman-tennis kompleksində qadınlar arasında böyük tennis üzrə “BAKU CUP-2007” II beynəlxalq turniri başlanmışdır. Yarışlarda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, İsrail tennisçiləri iştirak edirlər. Onların əksəriyyəti ötən il Bakı kortlarında güclərini sınamışlar.
60-dan çox tennisçi yarışlarda iştirak etmək arzusunu bildirmişdi. Ümumdünya Tennis Assosiasiyasının beynəlxalq reytinqi üzrə yarışların əsas hissəsinə 24 idmançı buraxılmışdır. Qalan iştirakçılar sentyabrın 2-3-də keçirilən təsnifat oyunlarından sonra müəyyən edilmişlər. 22 namizəddən yalnız 8-i mübarizəni davam etdirmək imkanı qazanmışdır. 4 Bakı tennisçisindən ancaq biri - Sevil Əliyeva kubok uğrunda mübarizə aparacaqdır. O, birinci dövrədə rusiyalı Kseniya Qripşpuna 6:1, 6:2 hesabı ilə qalib gəlmişdir. Ötənilki finalçı, Gürcüstan idmançısı Sofiya Şapatava komanda yoldaşı Teonu Sertsvadzeni məğlub etmişdir.
Qoşa oyunlarda Rusiya-İsrail dueti gərgin mübarizədə Rusiya-Gürcüstan cütlüyünə qalib gəlmişdir.
Çoxlarının fikrincə, ilk oyunlardan kortlarda başlıca rəqib isti hava şəraitidir. Odur ki, 2-2,5 saat davam etdən qarşılaşmalar zamanı yarışların həkimi tez-tez qızların köməyinə gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]