Baronessa Emma Nikolson: Azərbaycanın COP29-a çox gözəl ev sahibliyi edəcəyini düşünürəm
London, 24 fevral, AZƏRTAC
"Mən COP29-un Azərbaycanda keçiriləcəyi üçün çox həyəcanlı və xoşbəxtəm. Bakı tez-tez, demək olar ki, ildə bir neçə dəfə nəhəng tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən, Azərbaycanın COP29-a da çox gözəl ev sahibliyi edəcəyini düşünürəm".
Bu sözləri, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson AZƏRTAC-ın Londondakı xüsusi müxbirinə açıqlamasında deyib. Baronessa Nikolson bildirib ki, Azərbaycan xalis sıfır emissiya hədəfinə nail olmaq üçün çoxlu işlər görür.
"Azərbaycan çox gözəl ölkədir. O, həmçinin Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Başqa ölkələrin Azərbaycan haqqında bilmədiyi çoxlu faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə də ilk sıralardadır və bu sahədə BP ilə sıx əməkdaşlıq edir. COP29-un Azərbaycanda keçirilməsi çox həyəcanvericidir",- deyə o qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]