Baş Prokurorluğun əməkdaşları onlayn beynəlxalq təlimdə iştirak ediblər
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları onlayn formatda keçirilmiş beynəlxalq təlimdə iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlıq” mövzusunda keçirilən onlayn təlimə prokurorluq, polis, ədliyyə orqanlarının və digər qurumların nümayəndələri qatılıblar.
Təlimdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, hüquqi yardım haqqında sorğular, onların nümunələri, formal, qeyri-formal əməkdaşlıq üsulları və digər mövzularda müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib. Bununla yanaşı, təlim iştirakçıları kazus üzərində işləyib, müvafiq məruzələr hazırlayıblar.
Bu iştirak beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Yekunda təlim zamanı qazanılmış biliklərin yoxlanılması məqsədilə iştirakçılar arasında yazılı sorğu keçirilib. Sorğunu uğurla tamamlayanlar sertifikatlarla təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]