Baş Prokurorluğun rəhbər heyəti inşası davam etdirilən Zəfər Parkında olub
Bakı, 27 sentyabr, AZƏRTAС
Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Prokurorluq əməkdaşları parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.