Basketbolçularımız Avropa çempionatında güclərini sınayacaqlar
Bakı, 11 iyul, AZƏRTAC
Bu il ölkəmizin basketbol tarixində ilk dəfə milli komandalarımız 3 yaş qrupunda Avropa çempionatına qatılacaqlar.
AZƏRTAC xəbər verir ki, iyulun 14-dən 23-dək Rumıniyanın Oradea şəhərində keçiriləcək Avropa çempionatında (divizion B) kişilərdən ibarət U-20 millimiz gücünü sınayacaq. Baş məşqçi Tahir Baxşıyevin yetirmələri Slovakiya, Böyük Britaniya, Rusiya, Niderland komandaları ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. Millimiz ilk görüşünü iyulun 14-də Rusiya yığmasına qarşı keçirəcək.
Daha sonra iyulun 23-30-da Elşən Yusubovun başçılığı altında U-16 yığma komandamız Andorrada keçiriləcək qitə birinciliyinə (divizion C) qatılacaq.
İyulun 28-dən avqustun 6-dək Tallində (Estoniya) U-18 yaş qrupunda Avropa çempionatını (divizion B) keçiriləcək. Milli komandamız yarışda birincilik uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]