BAŞQA ÖLKƏLƏRİN VƏTƏNDAŞLARINA GÜRCÜSTAN VƏTƏNDAŞLIĞI VERİLMƏSİ QAYDALARININ İŞLƏNİB HAZIRLANMASI ÜÇÜN KOMİSSİYA YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili “Başqa ölkələrin vətəndaşlarına Gürcüstan vətəndaşlığının verilməsi qaydasının hüquqi reqlamentləri üzrə təkliflərin işlənib hazırlanması barədə komissiya yaradılması haqqında” fərman imzalamışdır. Prezident administrasiyasının başçısı İrakli Çubinişvili komissiyanın sədri təyin edilmişdir. Daxili İşlər, Xarici İşlər, Qaçqınlarla İş, Ədliyyə, Dövlət Təhlükəsizliyi nazirliklərinin, Gürcüstan Milli Təhlükəsizlik Şurasının nümayəndələri komissiyanın tərkibinə daxil edilmişlər.
Komissiya başqa ölkələrin vətəndaşlarına Gürcüstan vətəndaşlığı verilməsi qaydasının hüquqi reqlamentləndirilməsi məqsədi ilə bir ay ərzində müvafiq təklif və normativ aktların layihələrini təqdim etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]