Bayıl qəsəbə sakinindən üç kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 4 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayıl qəsəbə sakini, əvvəllər məhkum olunmuş C.Talıbzadə saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 53 qrama yaxın heroin aşkarlanıb. Davam etdirilən tədbirlər nəticəsində onun evinə baxış keçirilib. Evdən 2 kiloqram 363 qram heroin, 1 kiloqram 35 qram metamfetamin, 1 kiloqram 105 qram marixuana və 2 elektron tərəzi götürülüb.