BAYKONURDAN SƏUDİYYƏNİN ÜÇ PEYKİ BURAXILACAQ
AZƏRTAC xəbər verir ki, Küveytin KUNA agentliyinin məlumatına görə, iyunun sonunda Qazaxıstanın Baykonur kosmodromundan Ukraynanın “Dnepr” raketinin köməyi ilə Səudiyyə Ərəbistanının üç peyki orbitə çıxarılacaqdır.
Peyklər rabitə və kommunikasiya vasitələrinin işini təmin etmək, habelə elmi tədqiqatlar aparmaq üçün nəzərdə tutulmuşdur.
Baykonurdan Səudiyyə peykləri əvvəllər də buraxılmışdır. Bu, 2000-ci ilin sentyabrında və 2002-ci ilin mayında olmuşdur. Hər iki peyk uğurla buraxılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]