BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) məzunlarının müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində uğur göstəriciləri ildən-ilə yaxşılaşır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ötən ildə MİQ müsabiqəsində iştirak edən 54 min 43 namizədin 2729 nəfərini (5 faiz) BDU məzunları təşkil edib. Onlardan 1480 nəfəri uğurlu nəticə göstərib.
2026-cı ildə isə MİQ müsabiqəsində iştirak edənlərin ümumi sayı 32 min 171 nəfər, BDU məzunlarının sayı isə 3804 nəfər olub. Bu, ümumi iştirakçılar arasında BDU məzunlarının payının 5 faizdən 11,8 faizə yüksəlməsi deməkdir. Builki müsabiqədə 3 804 iştirakçıdan 2 592 nəfər uğurlu nəticə göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]