BƏDİİ GİMNASTİKA ÜZRƏ ÖLKƏ ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də Bakı Olimpiya İdman Komplekdsində bədii gimnastika üzrə
Azərbaycan çempionatı başa çatmışdır.
Azərbaycan çempionatı başa çatmışdır. Böyüklərin yarışında Dinarə Gimatova lentlə final kompozisiyasını çox yaxşı ifa edərək birinci yeri tutmuşdur. Aliyə Qarayeva ikinci, Anna Qurbanova isə üçüncü yerə layiq görülmüşdür. İp və gürzlərlə hərəkətlərdə isə Aliyə Qarayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Gümüş medallara Anna Qurbanova sahib olmuşdur. Zeynəb Cavadlı iplə, Leyla Şamilova gürzlə hərəkətlərdə bürünc medal qazanmışlar.
Halqa ilə proqramın ifasında ən yüksək nəticəni Anna Qurbanova göstərmişdir. Bu hərəkətlərdə Dinarə Gimatova ikinci, Aliyə Qarayeva isə üçüncü yeri tutmuşlar. Yeniyetmə gimnastların yarışında Nərgiz Əliyeva, Nigar Əbdülsəlimova və Səbinə Abbasova topla hərəkətlərdə ilk üç yeri bölüşmüşlər. Nərgiz Əliyeva ip və halqa ilə hərəkətlərdə də birinciliyi özünə təmin etmişdir. İplə proqramın ifasında Səbinə Abbasova ikinci, Nigar Əbdülsəlimova üçüncü yeri tutmuşlar.
Halqa və lentlə şəxsi çıxışlarda Kamilə Məmmədova gümüş, Nigar Əbdülsəlimova bürünc medala layiq görülmüşlər.
Çempionatın sonunda Qala-konsert verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]