Belarusda yaşayan istedadlı həmvətənimiz müğənni Günəşin rəsmi saytının təqdimatı olmuşdur
Minsk, 14 oktyabr (AZƏRTAC). AZƏRTAC BELTA Agentliyinə istinadən xəbər verir ki, Belarusda doğulub yaşayan istedadlı həmvətənimiz müğənni Günəşin yaradıcılığı haqqında ən yeni xəbərləri indi müğənninin www.gunesh.tv. rəsmi saytında oxumaq olar.
Multimedia bölməsində müğənninin video, foto və diskoqrafiyası da təqdim edilir. “Çayxana” kimi məşhur hitlərdən başqa, saytdan onun səsləndirilməmiş kompozisiyalarını da yükləmək olar.
Müğənninin mətbuat xidmətindən bildirmişlər: “Günəşin alboma daxil edilməmiş, yaxud hər hansı bir layihədə bir dəfə ifa olunmuş bu və ya digər kompozisiyanı haradan tapmaq sualı ilə dəfələrlə bizə müraciət edən pərəstişkarları üçün məhz “Səsləndirilməmiş” bölməsini və “Ekstra” bölməsini yaratmışıq. Bu bölmələrdə siz məşhur dünya hitlərinin kaver versiyalarını, duet kompozisiyaları, Azərbaycan və belorus dillərində mahnılar tapa bilərsiniz”.
Sayt iki dildə - rus və ingilis dillərində təqdim olunur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]