BƏLƏDİYYƏ SEÇKİLƏRİ DEMOKRATİYA VƏ ŞƏFFAFLIQ ŞƏRAİTİNDƏ KEÇMİŞDİR
ŞAMAXI. 85 saylı Şamaxı seçki dairəsi üzrə 9 məntəqədə 7 bələdiyyəyə 7 yer uğrunda 32 namizəd mübarizə aparmışdır.
Seçkilərin gedişini 89 yerli müşahidəçi izləmişdir. Seçkilərin azad, demokratik və şəffaf keçirilməi üçün bütün lazımi tədbirlər həyata keçirilmişdir.
İlkin məumatlara görə, adları seçici siyahılarına daxil edilmiş 5677 nəfərin 1917-i səsvermədə iştirak etmişdir. Bu, dairə üzrə ümumi seçicilərin 33,8 faizini təşkil edir.
İSMAYILLI. Yerli özünüidarəetmə orqanlarına keçirilən təkrar, əlavə, yeni və ilk seçkilər İsmayıllı rayonunda yüksək mütəşəkkilliklə baş tutmuşdur. 86 saylı İsmayıllı seçki dairəsinin əhatə etdiyi 9 məntəqədə keçirilən seçkilərdə 6 bələdiyyəyə 10 yer uğrunda 34 namizəd mübarizə aparmışdır. Bütün məntəqələrdə səsvermə seçicilərin yüksək fəallığı ilə davam etmişdir. Seçkilərin tam demokratik və şəffaf olması üçün hər cür şərait yaradılmışdır. Seçkilərin gedişini 84 yerli müşahidəçi izləmişdir.
Səsvermədə 3535 seçici iştirak etmişdir ki, bu da ümumi seçicilərin 52,4 faizinə bərabərdir.
AĞDAŞ. 90 saylı Ağdaş seçki dairəsində seçkilər tam demokratik və şəffaf, seçicilərin fəallığı şəraitində keçmişdir. Dairə üzrə 1 məntəqədə təkrar, 6-da isə yeni seçkilər keçirilmişdir. 7 bələdiyyəyə 15 yer uğrunda 50 namizəd mübarizə aparmışdır.
Seçkilərin gedişini 58 yerli müşahidəçi izləmişdir.
Seçkidə səsvermə hüququ olan 2018 nəfər səs vermişdir. Bu ümumi seçicilərin 34 faizini təşkil edir.
QOBUSTAN. 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi üzrə 5 məntəqədə 3 bələdiyyəyə seçki keçirilmişdir. 11 yer uğrunda 32 namizəd mübarizə aparmışdır.
Bütün məntəqələrdə seçkilərin tam demokratik və şəffaf keçirilməsi təmin olunmuş, 39 müşahidəçi prosesi izləmişdir.
Adları seçici siyahılarına daxil edilmiş seçicilərin 1187 nəfəri səsvermə prosesində iştirak etmişdir. Bu, ümumi seçicilərin 37,3 faizi deməkdir.
GÖYCAY. 88 saylı Göyçay seçki dairəsində 9 məntəqə üzrə 7 bələdiyyəyə seçkilər keçirilmişdir. 93 namizəd 32 yer uğrunda mübarizə aparmışdır.
Seçkilərin gedişini 48 yerli müşahidəçi izləmişdir.
Səsvermədə 2604 seçici və ya seçicilərin 37,5 faizi iştirak etmişdir.
89 saylı Göycay-Ağdaş seçki dairəsində 7 məntəqə üzrə 6 bələdiyyəyə seçkilərdə 25 namizəd 6 yer uğrunda mübarizə aparmışdır. 50 yerli müşahidəçinin izlədiyi seçkilərdə səsvermənin tam azad və şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdı.
Səsvermədə 2320 seçici iştirak etmişdir ki, bu da ümumi seçicilərin 34,4 faizini təşkil edir.
ZƏRDAB. 92 saylı Zərdab-Ucar seçki dairəsində bələdiyyə seçkiləri seçicilərin fəallığı şəraitində keçmişdir. 8 məntəqə üzrə 8 bələdiyyəyə keçirilən seçkilərdə 54 namizəd 16 yer uğrunda mübarizə aparmışdır.
Seçkiləri 81 yerli müşahidəçi izləmişdir.
Saat 19-dək 2700 seçici məntəqələrə gələrək səs vermişdir. Onlar ümumi seçicilərin 38 faizini təşkil edir.
KÜRDƏMİR. 57 saylı Kürdəmir seçki dairəsi üzrə 3 məntəqədə 2 bələdiyyəyə seçkilər keçirilmişdir. 10 yer uğrunda 18 nəfər mübarizə aparmışdır.
Seçkilərin gedişini 19 yerli müşahidəçi izləmişdir.
Səsvermədə 659 seçici iştirak etmişdir ki, bu da ümumi seçicilərin 25 faizini təşkil edir.
AĞSU. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini əhatə edən 17 məntəqədə 11 bələdiyyəyə seçki keçirilmişdir. 93 namizəd 33 yer uğrunda mübarizə aparmışdır.
Səsvermədə 5098 seçici iştirak etmişdir ki, bu da ümumi seçicilərin 37,2 faizinə bərabərdir.
Seçki prosesini 171 yerli müşahidəçi izləmişdir.