BƏLƏDİYYƏLƏRƏ SEÇKİLƏRLƏ BAĞLI TOVUZ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Sonra dairə seçki komissiyaları sədrlərinin seçkilərə hazırlığın vəziyyəti ilə bağlı məlumatlar dinlənilərək müzakirə edilmişdir. Müzakirələrdə qeyd olunmuşdur ki, ötən parlament seçkilərində Azərbaycan demokratik seçki praktikasında daha bir uğurlu addım atmışdır. Beynəlxalq təşkilatların seçkilərin nəticələrinə dair müsbət rəyləri onu deməyə əsas verdi ki, artıq müstəqil respublikamızda demokratik seçki keçirmək təcrübəsi ildən-ilə zənginləşir. Lakin bu uğurlar son hədd deyildir və qarşıdan gələn növbəti seçkilərin şəffaf və demokratik keçirilməsi üçün daha prinsipial mövqe nümayiş etdirilməlidir. Dairə və məntəqə seçki komissiyalarının qarşısında duran vəzifələrdən danışan natiqlər, oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərin də tam azad və demokratik keçiriləcəyinə əminlik ifadə etmişlər.
Seminar-müşavirədə seçici siyahılarının hazırlanıb dəqiqləşdirilməsi, müşahidəçilərlə iş, “exit-poll”un keçirilməsi qaydaları, barmaqların şəffaf mürəkkəblə rənglənməsi, protokolların tərtibi, məntəqə seçki komissiyaları üzvlərinin vəzifə bölgüləri və sair məsələlər barədə ətraflı müzakirələr getmiş, iştirakçıların suallarına aydınlıq gətirilmişdir.
X X X
Bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar Şəmkirdə də müşavirə olmuşdur. Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov və Rövşən İsmayılovun iştirakı ilə keçirilən seminar-müşavirədə qarşıda duran vəzifələr ətraflı təhlil edilmişdir.