Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər keçirmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Benilüks Azərbaycanlıları Konqresi (BAK) 20 Yanvar hadisələrinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurumun ən böyük təşkilatlarından biri olan “Rotterdam Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyəti”ndə 1990-cı ildə sovet ordusu tərəfindən Bakıda törədilmiş 20 Yanvar hadisələrində şəhid olmuş vətəndaşlarımızın anım mərasimi keçirilmişdir.
Tədbirdə ölkəmizin Niderland Krallığındakı səfirliyinin əməkdaşları, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, siyasi partiyaların üzvləri iştirak etmişlər.
Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmiş, faciə iştirakçılarının xatirələri dinlənilmişdir.
BAK 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi üçün bir sıra Avropa ölkələrinin rəsmilərinə, senatorlara və Avropa Parlamentinə rəsmi müraciət qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]