Bərdədə qəbul imtahanı iki mərkəzdə təşkil olunub
Bərdə, 23 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İyulun 23-sə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan keçirilib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahan Bərdə rayonu üzrə 2 mərkəzdə təşkil edilib. İmtahanın idarə olunmasına 2 ümumi rəhbər, 7 imtahan rəhbəri, 46 nəzarətçi-müəllim, 7 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanlarda 570 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda 10:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]