BƏRDƏDƏKİ QƏDİM NÜŞABƏ QALASI BƏRPA EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son illər Bərdədəki Nüşabə qalasının ərazisi ayrı-ayrı şəxslər tərəfindən tutulmuş, qala divarları, 1322-ci ildə inşa edilmiş Bərdə türbəsi uçulub dağılmışdı.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə qalada bərpa və abadlıq işləri aparılmış, zəbt olunmuş ərazilər boşaldılmış, qanunsuz tikililər sökülmüşdür. Görülən tədbirlər nəticəsində abidə kompleksi əvvəlki görkəmini almış, sakinlərin istirahət yerinə çevrilmişdir.