“BƏRK MƏİŞƏT TULLANTILARININ İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də “Ekologiya ili” çərçivəsində “Təmiz Şəhər” ASC “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda seminar keçirir.
Tədbiri giriş sözü ilə açan “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ekoloji tarazlığın qorunmasının ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını bildirmişdir. Z.İbrahimov “Təmiz Şəhər” ASC-nin bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün gördüyü işlər barədə məlumat vermişdir.
Seminarda mövzu ilə bağlı məruzələr dinlənəcək, müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]