Berlində Mədəniyyətlər Karnavalı keçirilir
Berlin, 9 iyun, AZƏRTAC
Berlində ənənəvi Mədəniyyətlər Karnavalı keçirilir.
AZƏRTAC xəbər verir ki, karnaval bu il də rəngarəngliyi və mədəni müxtəlifliyi ilə minlərlə insanı bir araya gətirib. Dörd gün davam edən karnavalın əsas hissəsi – ənənəvi küçə yürüşündə 68 qrupun tərkibində 4 minədək iştirakçı çıxış edib. Qruplar arasında təkcə berlinlilər deyil, Almaniyanın digər əyalətlərindən gələn nümayəndələr də yer alıblar. Fərqli ölkələrin musiqisi, rəqsləri və ənənəvi geyimləri ilə zəngin olan şou izdihamla qarşılanıb. Səhnələrdə Latın Amerikası, Afrika, Asiya və Avropaya məxsus musiqi və rəqslər nümayiş olunub.
Yürüşü 700 mindən çox insanın izləyib. Yürüş şəhər sakinləri və turistlər tərəfindən böyük maraqla qarşılanıb. Karnaval 1996-cı ildən keçirilir və Almaniyada mədəniyyətlərarası həmrəyliyin simvoluna çevrilib.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [23:29]
Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar
- 29.05.2026 [22:12]
Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir
- 29.05.2026 [21:55]
Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib
- 29.05.2026 [19:51]
Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq
- 29.05.2026 [19:14]
Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür
- 29.05.2026 [19:01]
İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir
- 29.05.2026 [18:06]
“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib
- 29.05.2026 [17:22]
Rumıniya Rusiya konsulluğunu bağlayır
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]