BƏRPA OLUNMUŞ OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında görülən işlərin bir qismi başa çatdırılmışdır. Şahbuz rayonunun Güney Qışlaq kəndində orta məktəbin, Qızıl Qışlaq kəndində mədəniyyət evinin və zoobaytar məntəqəsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) nümayəndəsi Samir Əsmər və “Dağ və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi proqramı”nın direktoru Vüqar Mehdiyev iştirak etmişlər.
Mərasimdə bildirilmişdir ki, İFAD-ın maliyyələşdirdiyi proqram əsasında respublikamızın blokada vəziyyətində olan bu bölgəsində 8 sosial və istehsal təyinatlı obyekt əsaslı təmir edilmiş, bərpa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]