“Beşiktaş” klubu Cenk Tosunun boşluğunu doldurub
Bakı, 8 yanvar, AZƏRTAC
Cenk Tosunu 28 milyon avroya İngiltərənin “Everton” klubuna satan “Beşiktaş” türkiyəli forvardın boşluğunu doldurub.
AZƏRTAC xəbər verir ki, “qara qartallar” ABŞ-ın “Orlando Siti” klubunda çıxış edən Kayl Larini heyətinə qatıb.
İstanbul klubu MLS təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunu azad agent kimi transfer edib.
İyirmi iki yaşlı futbolçu mövsümün sonunadək 500 min avro maaş alacaq. Növbəti mövsümlərdə isə kanadalı hücumçunun illik qazancı 1,5 milyon avro olacaq. Larin tezliklə Türkiyəyə gələcək və “Beşiktaş”ın Antalyadakı təlim-məşq toplanışına qatılacaq.
Kayl 2017-ci ildə “Orlando Siti”nin heyətində 30 oyunda 12 qol vurub və 2 assist edib. Larin Kanada millisinin heyətində 20 oyun keçirib və 4 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]