BƏSTƏKAR VASİF ADIGÖZƏLOVUN 70 İLLİYİ MÜNASİBƏTİLƏ YUBİLEY GECƏSİ
Mədəniyyət naziri Polad Bülbüloğlu, professor Rafael Hüseynov, xalq şairi Zəlimxan Yaqub bəstəkarın həyat və yaradıcılığından danışmış, yubiyara cansağlığı və yeni sənət uğurları arzulamışlar.
Gecədə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri (dirijor Yalçın Adıgözəlov) bəstəkarın Fortepiano və orkestr üçün 4 saylı konsertini (solist əməkdar artist Murad Adıgözəlzadə), görkəmli xanəndə Zülfü Adıgözəlovun xatirəsinə ithaf olunmuş “Segah” muğam-simfoniyasını, “Çanaqqala 1915” oratoriyasını (şeirlərin müəllifi Mehmet Akif Ersoy, mətnin müəllifi Sabah Duru) ifa etmişdir. İlk dəfə səslənən bu əsərləri Azərbaycan Dövlət xor kapellası (bədii rəhbər və baş dirijor xalq artisti Gülbacı İmanova), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - xalq artisti Azər Zeynalov, əməkdar artist Əkrəm Poladov, Səbinə Qasımova, Dinarə Əliyeva ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]