Beyləqanın mədəniyyət işçiləri “DOST xonçası” kampaniyasına qoşulublar
Beyləqan, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunun mədəniyyət işçiləri Novruz bayramı münasibətilə başlanan və bayramlaşmaq kimi nəcib adəti özündə ehtiva edən “DOST xonçası” kampaniyasına qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayon Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana sistemi və Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tənha, yaşlı, aztəminatlı ailələrə gedərək, bayram xonçası təqdim edib, onları bu gözəl bayram münasibətilə təbrik ediblər. Aşığın sazda etdiyi ifalar ziyarət olunan ailələrdə bayram əhval-ruhiyyəsi yaradıb.
Beyləqan rayon Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli bildirib ki, bu xeyirxah aksiyanın əsas məqsədi tənha ahılları, həssas qruplardan olan insanları ziyarət etmək, onlarla bayramlaşmaq, diqqət və qayğı göstərmək, nəsillərdən-nəsillərə ötürülən adət-ənənəmizi qoruyub saxlamaqdır.