Beyləqanın mədəniyyət müəssisələrində dezinfeksiya işləri aparılıb
Beyləqan, 18 mart, AZƏRTAC
Beyləqan rayonunun mədəniyyət müəssisələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri başa çatdırılıb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dezinfeksiya işləri rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrində, o cümlədən Mədəniyyət Mərkəzi, kənd mədəniyyət evləri, klublar, kitabxanalar, Uşaq Musiqi Məktəbi, Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzində aparılıb. Mədəniyyət müəssisələrində kütləvi tədbirlər tam məhdudlaşdırılıb. Dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək.