BEYNƏLXALQ BANKIN DEPOZİTLƏRİNİN HƏCMİ ARTIR
Cari ilin doqquz ayı ərzində Azərbaycan Beynəlxalq Bankının (ABB) gəliri 171,2 milyard manat olmuşdur ki, bu da 21,5 milyard manat mənfəət götürməyə imkan vermişdir.
Bu müddətdə ABB depozitlərinin həcmi 352 milyard manata çatmışdır. Təkcə 2002-ci ilin üçüncü rübü ərzində əmanətlər 10 faiz artmış, cəlb edilmiş vəsaitlər strukturunda adsız depozit sertifikatlarının sayı 7 faizdən çox olmuşdur. Hazırda depozitlərin bu növü üzrə faiz dərəcəsi ildə 10 faiz təşkil edir.
Həmin dövrdə borc götürülmüş vəsaitlər üzrə 3837 milyon manat faiz ödənilmişdir.
Hazırda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi təxminən 33,5 milyard manatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]