BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ BAKIDA DA QEYD EDİLMİŞDİR
Tədbirdə çıxış edənlər gənclərin ictimai-siyasi, iqtisadi və mədəni sahələrdə fəal iştirakından danışmış, istedadlı gənclərin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişlər. Gənclər də onlara göstərilən qayğıya cavab olaraq, özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar.
Müxtəlif sahələrdə əldə etdikləri uğurlara, göstərdikləri xidmətlərə görə bir qrup gənc diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Xatırladaq ki, 1998-ci il avqustun 8-12-də Portuqaliyanın Lissabon şəhərində gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınmışdır.