Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətiriblər VİDEO

Bakı, 10 may, Abdulla Suvar, AZƏRTAC

Həmin gün xarıbülbül Ağdamda təkcə çiçək açmamışdı, həm də elə bil “ayaq tutub yeriyirdi”. Hər tərəfdə xarıbülbülün çiçəkləri göz oxşayırdı. Bu, 28 ildən çox davam edən həsrətin ağrı-acısı, intizarı idi, yoxsa illərlə doğmalarını gözləyən qeyri-adi çiçəyin sevinci? Elə bil burdakı daşlar, qayalar, xırdalanmış daş parçaları da qoynuna ayaq basan, illərlə onun həsrətini çəkən doğma sakinlərinin gəlişindən duyğulanıb vəcdə gəlmişdi...

AZƏRTAC xəbər verir ki, bir qrup mətbuat işçisinin Ağdama səfərinin məqsədi Şuşada keçiriləcək “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən beynəlxalq incəsənət festivalı ilə tanışlıq idi.

İlk dəfə keçirilən “Xarıbülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar erməni yaraqlılarının işğalından azad edilmiş ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan xarıbülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm mesaj verən əsərlər yaradıblar.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaqdır.

Qarabağın simvoluna çevrilən xarıbülbül

Havası gül qoxuyan, suyu, torpağı da muğam avazlı Ağdam düşmən tapdağından azad olunandan sonra bura üz tutanların və tutmaq istəyənlərin ardı-arası kəsilmir. Bizi bu müqəddəs məkana aparan təkcə yurd sevgisi deyil, həm də fırça ustalarının Qarabağın simvoluna çevrilən xarıbülbülə həsr etdikləri maketlər idi. Canlı çiçəklərdən fərqlənməyən həmin maketlərdə hər bir rəssamın duyğusu, Vətən, yurd sevgisi, müqəddəs Qarabağ torpağına olan sonsuz sevgisi boy göstərirdi...

İlk olaraq “Xarıbülbül” maketləri Ağdam Cümə məscidinin qarşısında nümayiş olundu. Beş rəssamın- Eldar Babazadə, Nigar Nərimanbəyova, Leyla Əliyeva, Leyla Əzimbəyova və Günay Bəylərovanın bir-birindən fərqli və orijinal maketləri ilk baxışdan zövq oxşayırdı.

Həmin maketlərlə yanaşı nümayiş olunan rəssamların kətan üzərində yağlı boya ilə çəkdikləri “Yaddaşın rəsmləri” mövzusunda əsərləri də xoş duyğular oyatdı.

Xatırladaq ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilib. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscidin iki minarəsi var. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülüb.

1993-cü ildə Ermənistan respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra digər tarixi abidələrimiz kimi Ağdam Cümə məscidi də yandırılıb, ciddi dağıntılara məruz qalıb.

Məscidin indiki vəziyyəti UNESCO-nun 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” Haaqa Konvensiyasının Ermənistan respublikası tərəfindən pozulduğunu bir daha nümayiş etdirir.

“Xarıbülbül” maketlərinin ilk dəfə bu məscidin həyətində nümayişinin özünü də bir çağırış simvolu kimi dəyərləndirmək lazımdır.

Yaradıcılıq üslubuna sadiq qalaraq, böyük zəhmət hesabına orijinal bir əsər ərsəyə gətirən Nigar Nərimanbəyova festivalda iştirakından böyük qürur hissi keçirdiyini bildirir. O, məşhur Nərimanbəyovlar nəslinin davamçısıdır. Onun atası Vidadi Nərimanbəyov və əmisi Toğrul Nərimanbəyov dünya şöhrətli fırça ustaları, Azərbaycanın Xalq rəssamlarıdır. O, bizimlə söhbət zamanı dedi: “Xarıbülbül” beynəlxalq incəsənət festivalında Qarabağın mirvarisi və azadlıq rəmzi sayılan xarıbülbülün rəsmini çəkdiyimə görə qürur hissi keçirirəm. Burada Eldar Babazadə, Leyla Əliyeva kimi rəssamlarla bir araya gəlib düşmən üzərində qazandığımız qələbəyə öz töhfəmi verirəm. Ümid edirəm ki, yaratdığım əsər “Xarıbülbül” beynəlxalq incəsənət festivalına rəng qatacaq. Əsərdə təsvir etdiyim əlində göyərçin tutan qız Şuşanı bəzəyəcək”.

Sevincdən göz yaşlarımı saxla bilməyən fırça ustası düşmən tapdağından qurtulan Ağdam şəhərini limana yan alan bir gəmiyə bənzədir.

Yazın gəlişi ilə ana təbiətin hər tərəfi yam-yaşıl xalıya bürüdüyü, çinarları göylərə ucalan Ağdamda nümayiş olunan bu əsərlər düşmənin daş üstə daş qoymadığı bu qədim diyarın yaxın zamanlarda yenidən öz xoşbəxt çağlarına qayıdacağına böyük inam hissi yaradır.

Nümayiş olunan əsərlər sırasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi Günay Bəylərovanın da maketi diqqəti cəlb edir. Gənc olmasına baxmayaraq hazırladığı əsər çox baxımlı və düşündürücüdür.

“Bir rəssam olaraq festivalda iştirak etdiyimə görə sevinc hissi keçirirəm. Mən çiçəklənən, pöhrələnən xarıbülbülü həyat ağacı şəklində təsvir etmişəm. Düşünürəm ki, xarıbülbül gələcəkdə qol-budaq atıb şaxələnən ağac tək çiçəklənən Qarabağımızın əbədi simvoluna çevriləcək. Əsərdə Qarabağı əlvan rənglərlə təsvir etmişəm, çünki bura xüsusi bir məkandır”,-deyə Günay Bəylərova vurğulayıb.

“Xarıbülbül” maketlərinin növbəti
ünvanı - Ağdam Dövlət Dram Teatrı

Növbəti dayanacağımız Ağdam Dövlət Dram Teatrının qarşısı oldu. Mənfur düşmənin viran qoyduğu, yalnız sütunları qalan bu mədəniyyət mərkəzi doğma nəfəsə həsrət qalmışdı. İndi doğmaları onun görüşünə gül-çiçəklə, xarıbülbülün əsrarəngiz gözəlliyi ilə gəlib.

Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməyi və iştirakı ilə yaradılıb. İki il davam edən gərgin zəhmətdən sonra teatr 1904-cü ildə M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin tamaşaları ilə açılıb. Uzun illər ictimai əsaslarla fəaliyyət göstərib.

1968-ci ildə isə Nazirlər Kabinetinin qərarı ilə Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi fəaliyyətə başlayıb. Teatr Qarabağın Ermənistan ordusu tərəfindən işğalından sonra da məcburi köçkün rayonun müəssisəsi kimi çətin şəraitdə fəaliyyətini davam etdirib. Teatrın yaradıcı kollektivi müxtəlif ünvanlarda fəaliyyət göstərmək məcburiyyətində qalmışdı. Artıq onların doğma şəhərdə səhnəyə çıxacaqları günə az qalıb.

“Xarıbülbül” maketləri ilə yanaşı sərgilənən “Yaddaşın rəsmləri” mövzusunda əsərlər sırasında Röya Həsənovanın “Çiçəklənən Qarabağ”, “Ağdam çay evi” və “Qarabağın nəğməsi”, Elçin Vəliyevin “Xarıbülbül” rəsm əsərləri silsiləsi və Səbuhi Atababayevin Ağdamın tarixinə aid rəsm əsərləri yer alıb.

Festivalın iştirakçıları sırasında olduğu üçün çox xoş duyğular keçirən Röya Həsənova deyib: “Festivala hazırlıq müddətində beş əsər üzərində işlədim. Burada xarıbülbül və art obyektləri də var. Çəkdiyim əsərdə təkcə Ağdamı deyil, eyni zamanda, Şuşa, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl kimi digər bölgələrimizi də təsvir etmişəm. Onu da deyim ki, mən bu gün ən böyük arzuma çatdım. Həmişə əsərlərimin Qarabağda nümayiş olunması arzusu ilə yaşamışam. Bu gün mən həmin arzuma qovuşduğum üçün çox sevinirəm. Üzləşdiyimiz mənzərə, erməni vandallarının mənfur izləri qəlbimizdə ağrılı izlər qoyub. Ancaq inanırıq ki, Ağdam daha da gözəlləşəcək, inkişaf edəcək, ən xoş və gözəl günlərinə qovuşacaq. Çəkdiyim rəsmdə də çiçəklənən Ağdamı təsvir etmişəm. Çox keçməz ki, bu gözəlliklərin şahidi olarıq”.

Ağdam Çörək muzeyi də xarıbülbülü salamladı

Sonuncu dayanacağımız şəhərin mərkəzində, el arasında "od dəyirmanı" kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyinin qarşısı oldu. Bu muzey keçmiş SSRİ-də birinci, dünyada isə ikinci olub. Vaxtilə onun ziyarətçilərini daha çox heyrətləndirən ən maraqlı eksponat Leninqrad mühasirəsinin iştirakçısı olan rus qadınının muzeyə bağışladığı ağır günlərin yadigarı kimi saxladığı, kömürləşmiş 150 qramlıq çörək parçası olmuşdu...

Dağıdılmış Ağdam Çörək muzeyinin qarşısında nümayiş olunan “Xarıbülbül” maketləri və “Yaddaşın rəsmləri” mövzusunda hazırlanmış əsərlər sankı təbiətlə bir harmoniya yaradırdı...

Qeyd edək ki, nümayiş olunan əsərlər “Xarıbülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.

Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə bir incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.

Beynəlxalq incəsənət festivalının rəssamları işğaldan azad olunan ərazilərdə “Xarıbülbül” maketlərini ərsəyə gətiriblər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb