Beynəlxalq Muğam Mərkəzi Xocalı soyqırımına həsr olunmuş kompozisiya təqdim edib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Beynəlxalq Muğam Mərkəzi (BMM) sosial hesabları üzərindən canlı olaraq Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan bədii-musiqili kompozisiya təqdim edib.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinə həsr olunan təqdimatda ilk dəfə olaraq sözləri və musiqisi BMM-nin solisti, tarzən Rəşad İbrahimova məxsus olan “Xocalı kompozisiyası” səsləndirilib.
Canlı yayımda BMM-nin solistləri xanəndələr Elgiz Əliyev, Ayşən Mehdiyeva, Könül Məmmədlinin ifasında lirik -fəlsəfi məzmunlu muğamlarımız səsləndirilib. İfaçıları tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Rəfael Əsgərov müşayiət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]