BEYNƏLXALQ MÜSABİQƏLƏR KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Birliyinin Fövqəladə Maliyyə Yardımı Proqramının III mərhələsi üzrə ayrılmış vəsait hesabına Bakı şəhərinin Xətai rayonunda 3 nömrəli, Şüvəlan və Maştağa qəsəbələrində 1 nömrəli, Pirşağı qəsəbəsində 10 nömrəli internat məktəblərin və xüsusi müəssisələrin bərpası üzrə beynəlxalq müsabiqələr keçirilmiş və hazırda bu obyektlərdə bərpa işləri davam edir. Bu internat məktəblərin, eləcə də Bakı şəhərində bərpa olunan 9 xəstəxananın mebel və avadanlıqla təminatı üzrə, həmçinin Bakı radioaktiv tullantıların basdırılması mərkəzi üçün alətlərinin və aksessuarların təchizatı ilə bağlı beynəlxalq müsabiqələr keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]