RƏSMİ XRONİKA
BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ CƏNAB JAK ROQQEYƏ
Hörmətli cənab Roqqe,
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu məsul vəzifəyə seçkilərdə inamlı qələbəniz beynəlxalq idman ictimaiyyəti arasında böyük nüfuzunuzun parlaq təsdiqi, olimpiya hərəkatının inkişafı yolunda xidmətlərinizə verilən yüksək qiymətdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, olimpiya ideallarının təntənəsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 oktyabr 2009-cu il.