BEYNƏLXALQ QIZIL XAÇ VƏ QIZIL AYPARA HƏRƏKATININ ƏLAVƏ EMBLEMİ QƏBUL EDİLMİŞDİR
Cenevrə Konvensiyasına Üçüncü Əlavə Protokolun qəbul edilməsi ilə bağlı Cenevrədə diplomatık konfrans keçirilmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsi konfransın qızıl xaç və qızıl aypara ilə yanaşı, hərəkatın əlavə embleminin yaradılması barədə qərarını alqışlamışdır.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, qırmızı büllur kimi tanınan bu əlavə emblem ağ fonda bir ucu üzərində dayanan kvadrat formalı qırmızı çərçivədir. Yeni emblem bütün dini, siyasi və digər mənsubiyyətlərin fövqündədir.
Əlavə emblem təsdiqləndikdən sonra Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi komissiyası 2006-cı ildə həmin təşkilatların beynəlxalq konfransını keçirməyi qərara almışdır.