BEYNƏLXALQ TƏŞKİLATIN KÖMƏYİ İLƏ
Şəhər bələdiyyəsinin sədri Rza Abdullayev AZƏRTAC-ın müxbirinə demişdir ki, Babək, Füzuli, Firdovsi, Nəsimi küçələrini də xarici sərmayə cəlb etməklə abadlaşdırmaq nəzərdə tutulmuşdur. Bununla bağlı layihə hazırlanmışdır. Şəhərin Göyçay tərəfdən girəcəyində ictimaiyyətin iştirakı ilə park salınmış və ona ümummilli liderimiz Heydər Əliyevin adı verilmişdir.
Ucar bələdiyyəsi təhsil müəssisələri ilə də əlaqə saxlayır. Təhsildə fərqlənən şagirdlər və ilin ən yaxşı müəllimi üçün mükafat təsis edilmişdir.