BEYNƏLXALQ TOXUM TİCARƏTİ KONFRANSI KEÇİRİLMİŞDİR
Bu beynəlxalq tədbirdə Azərbaycanı Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev təmsil etmişdir.
Konfrans Mərkəzi və Qərbi Asiya, habelə Şimali Afrika bölgəsi (CVVANA) ölkələrində toxum ticarəti sahəsində imkanları araşdırmaq və bölgə ölkələri arasında toxum ticarətini inkişaf etdirmək məqsədi daşımış, bölgə ölkələri, həm də bölgədən kənar fəaliyyət göstərən toxum şirkətləri arasında biznes əlaqələrinin gücləndirilməsi və toxum sənayesində maraqlı olan bütün tərəflərin əldə etdiyi təcrübəni bölüşdürmək baxımından faydalı olmuşdur.
Türkiyənin bu sahədə əldə etdiyi təcrübə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. O da vurğulanmışdır ki, Türkiyədə toxum ticarəti əsasən özəl bölmənin fəaliyyət dairəsinə daxildir və bu ticarətin geniş şəbəkəsi yaradılmışdır.
Bölgə ölkələrində toxum sənayesinin mövcud vəziyyəti, beynəlxalq müqavilələrin toxum ticarətinin inkişafına təsiri, toxum ticarətinin inkişaf etdirilməsi üçün qanunvericilik məsələləri və başqa mövzularda məruzələr dinlənilmişdir.
Azərbaycanda özəl toxumçuluq şəbəkəsinin yaradılması baxımından konfrans xüsusilə əhəmiyyətli olmuşdur.