Beynəlxalq Yer Günü ilə əlaqədar iməcilik keçirilmişdir
Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 22-si Beynəlxalq Yer Günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və İDEA Ətraf Mühit Kampaniyasının birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral yolunun 10-cu kilometrliyində iməcilik keçirilmişdir.
ETSN yanında İctimai Ekoloji Şuranın üzvləri, ictimaiyyət, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri 100 hektar ərazidə abadlıq işləri apararaq yaşıllıqlara qulluq göstərmiş, ağacların dibi yumşaldılmış və ərazi tullantılardan təmizlənmişdir.
Tədbirin sonunda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətlərinə görə İDEA Kampaniyasını, “Təbiətin dostları” Gənclər İctimai Birliyinin “Yaşıl velosipedçilər” Klubunu, “Green Baku” Könüllü Ekoloji Təşkilatını və “Park Bulvar”ın piar xidmətini diplomlarla təltif etmişdir.
Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]