Bİ-Bİ-Sİ TELEKANALI SƏDDAMIN HƏYATI BARƏDƏ BƏDİİ FİLM ÇƏKİR
“Səddamın evi” adlanan film keçmiş İraq prezidentinin 1970-ci illərin sonlarında hakimiyyətə gəlişindən 2003-cü ilin dekabrında Amerika hərbçiləri tərəfindən tutulmasınadək olan dövrdəki həyatından bəhs edəcəkdir.Tamaşaçılar Səddam Hüseynin diktator kimi hakimiyyətə necə gəldiyini və niyə belə uzun müddət hakimiyyətdə qaldığını biləcəklər.
Səddamın yaxınlarını aktyorlar oynayacaqlar. Ssenari müəllifi Aleks Holmsın sözlərinə görə, filmdə keçmiş İraq diktatorunun həyatının “iç üzü” göstəriləcəkdir. Film üzərində iş doqquz ay bundan əvvəl başlanmışdır. Bu müddətdə çəkiliş qrupu Səddam Hüseynin diktatorluğu illərində ali hakimiyyət dairələri ilə əlaqə saxlayan adamlarla görüşməyə müvəffəq olmuşdur.
Holms demişdir: “O, ərəbləri birləşdirmək ideyasına və adını tarixə yazdırmaq arzusuna mübtəla olmuşdu. O, yüz illərlə sonra da xatırlanacaq böyük hökmdar olmaq istəyirdi.”
Ümumiyyətlə, hər birinin nümayişi 60 dəqiqə davam edən dörd seriya çəkiləcəkdir. Film üzərində işin 2006-cı ilin sonunda başa çatacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]