Bilgəh qəsəbəsindəki “Qocalar evi”ndə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”ndə “Qafqaz Media” İctimai Birliyinin (QM İB), Respublika Qadınlar Cəmiyyətinin, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər Xocalı soyqırımını tarixən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdən ermənilərin XX əsrdə xalqımızın başına gətirdikləri ən qəddar cinayətlərdən biri olduğunu bildirmişlər.
Mərasimdə Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbçilərinin köməyi ilə Xocalıda soyqırımı törətdikləri və buna hələ də dünya müstəvisində hüquqi qiymət verilməməsi vurğulanmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi qiymət verilmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin Xocalıdan didərgin düşmüş insanlara diqqət və qayğısı minnətdarlıq hissi ilə qeyd olunmuşdur.
Sonda ehsan süfrəsi açılmış, qocalara hədiyyələr paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]