“BİLİKLƏRİN YARADILMASI VƏ MİKROKREDİT” LAYİHƏSİNİN YENİ MƏRHƏLƏSİ İCRA OLUNACAQ
AZƏRTAC xəbər verir ki, iqtisadi miqrasiyanın qarşısını almaq üçün özünün kapitalı olmayan insan qruplarına mərhələlərlə mikrokreditlərin verilməsini bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi və BMqT-nin birgə təsis etdiyi məhdud məsuliyyətli cəmiyyət həyata keçirəcəkdir.
Layihə regionda davamlı insan inkişafı məqsədlərinə nail olmaq üçün yerli icmaların və icma əsaslı təşkilatların imkanlarının gücləndirilməsinə yardım edir.
Layihənin icrasına 1998-ci ildən başlanmışdır.