BİLL GEYTS UŞAQ ÖLÜMÜNƏ QARŞI MÜBARİZƏ MƏQSƏDİ İLƏ HİNDİSTANA 24,3 MİLYON DOLLAR AYIRACAQ
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Hindistanda səfərdə olan Maykrosoft korporasiyasının başçısı Bill Geyts uşaq ölümünə qarşı mübarizə məqsədi ilə bu ölkəyə 24,3 milyon dollar ayrılacağını elan etmişdir. Onun xeyriyyə fondu Hindistan səhiyyə sisteminin ən iri özəl sponsorudur. Bundan əvvəl o, QİÇS-ə qarşı mübarizə məqsədi ilə Hindistana 200 milyon dollar ayırmışdı.
Hindistan uşaq ölümünün səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Burada yeni doğulan hər 1000 körpədən 63-ü, bəzi ştatlarda, məsələn Orissada 87-si tələf olur.
B.Geyts dekabrın 7-də Dehlidə Qlobal Vaksinasiya və İmmunizasiya Alyansının keçirdiyi beynəlxalq konfransda iştirak etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]