BİNƏQƏDİ RAYON İCTİMAİYYƏTİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ EHTİRAMLA YAD ETMİŞDİR
Ulu öndərimizin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev dahi rəhbərimizin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq demişdir ki, qədirbilən xalqımız öz xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutacaqdır.
Milli Məclisin deputatları Fəttah Heydərov, Musa Quliyev, habelə ictimaiyyətin digər nimayəndələri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan söz açmışlar. Qeyd olunmuşdur ki, ulu öndərimiz hələ sağlığında insanların qəlbində özünə əbədi heykəl ucaltmış, tarixin onun üzərinə qoyduğu ağır və şərəfli missiyanı ləyaqətlə başa catdırmışdır. Azərbaycanı sevən, sülhü, əmin-amanlığı, sabitliyi və inkişafı, bəşəri dəyərləri uca tutan hər bir kəs Heydər Əliyevin siyasi fəaliyyətini, quruculuq işlərini yüksək qiymətləndirir.
Rayondakı Uşaq Gənclər Yaradıcılıq Mərkəzində əlavə dərs keçən istedadlı şagirdlər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə mərasimi davam etdirmişlər.