Bir gecədə bu qədər şəhid vermiş Vətənimizin azadlıq aşiqləri ilə fəxr edirik!
Bakı, 20 yanvar (AZƏRTAC). Əsrlərdir başı min bəlalar çəkmiş xalqımız tarix boyu çox acı səhnələrin şahidi olmuşdur. Amma bir gün var ki, harada yaşasaq da, harada olsaq da o gün hamımızın bir millət kimi içi qan ağlayır. Bu qanlı 20 Yanvar faciəsinin baş verdiyi gündür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümumxalq Hüzn Günündə şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün Şəhidlər xiyabanına üz tutmuş, yaxın qohumları həmin faciəvi gecənin qurbanları olmuş paytaxt sakini Gülnaz Veysova demişdir.
Tariximizə qanlı hərflərlə yazılmış həmin dəhşətli gecədə “şanlı rus ordusu”nun uşaq, yaşlı, qadın tanımadan yüzlərlə azərbaycanlını qəddarcasına qətlə yetirdiyini ürək yanğısı ilə deyən G.Veysova qana susamış rus əsgərlərinin “işi təmiz həll etmək” üçün meyitləri əvvəlcə gizlətməyə çalışdıqlarına baxmayaraq, bu böyüklükdə qırğını ört-basdır edə bilmədiklərini qeyd etmişdir.
Belə bir faciənin başımıza gələcəyini bilmirdik. Sovet ordusunun törətdiyi vəhşiliklər insanlıqdan çox-çox uzaq, namərd bir addım idi. Qanlı 20 Yanvar gecəsi dostumuzu və düşmənimizi bizə yaxından tanıtdırdı. Biz bir gecədə bu qədər şəhid vermiş Vətənimizin azadlıq aşiqləri ilə fəxr edirik!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]