Bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərraca çıxarılır
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərrac iyulun 4-də baş tutacaq. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10 faizi həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1707).
Hərraca çıxarılmış avtomobillərin siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]