BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏKDİR
Azərbaycanın BƏƏ-dəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Ə.Vəliyev ölkənin informasiya və mədəniyyət nazirinin müavini Saqr Qobaşla görüşmüşdür. Görüşdə Azərbaycanla BƏƏ arasında mədəni əlaqələrin vəziyyəti, perspektivləri ətraflı müzakirə olunmuş, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır. Tərəflər cari ilin aprelində Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi barədə razılığa gəlmişlər.
Ə.Vəliyev Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Abu Dabi Mədəniyyət Fondunun rəhbərliyi ilə də görüşmüş, Fondun imkanları, tədbirin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.
Səfər zamanı mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin layihəsi razılaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]