Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birləşmiş Millətlər Təşkilatı 75 illiyini qeyd edir

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasından 75 il keçir. BMT İkinci Dünya müharibəsinin sonunda yaradılıb və bütün planetdəki insanlar üçün sülhə ümid yerinə çevrilib. 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qüvvəyə minib. Ölkələr həmin sənədi bir neçə ay əvvəl San-Fransiskoda keçirilmiş konfransda imzalamışdılar.

AZƏRTAC BMT-nin Xəbərlər saytına istinadla bu təşkilatın tarixi və rolu barədə faktlara və rəqəmlərə əsaslanaraq söhbət açır.

İkinci Dünya müharibəsi və müttəfiqlərin birləşməsi

“Birləşmiş Millətlər Təşkilatı” adı ilk dəfə 1942-ci il yanvarın 1-də Birləşmiş Millətlərin Bəyannaməsində istifadə edilib. İkinci Dünya müharibəsi dövründə antihitler koalisiyasının üzvü olan 26 ölkənin nümayəndələri “Ox ölkələri”nə qarşı birgə mübarizəni davam etdirməyi öhdəyə götürdülər. Təşkilatın adını ABŞ Prezidenti Franklin Delano Ruzvelt təklif etdi. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatanda artıq heç kəs şübhə etmirdi ki, dünyanı birləşdirəcək beynəlxalq təşkilat yaradılması zəruridir.

BMT-nin əsas missiyası dünyanı müharibədən xilas etməkdir

BMT-nin əsas missiyası - sülhün dəstəklənməsi təşkilatın Nizamnaməsində təsbit edilib.

“Biz, birləşmiş millətlərin xalqları gələcək nəsilləri, həyatımızda iki dəfə bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək...” Bəşəriyyət tarixində ən mühüm sənəd bu sözlərlə başlanır.

BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransiskoda imzalanıb. Sənəd həmin il oktyabrın 24-də qüvvəyə minib. Məhz həmin tarix bu təşkilatın rəsmən yarandığı gün kimi qeyd edilir.

BMT-nin fəaliyyəti - insan haqlarından tibbi problemlərə qədər

BMT Nizamnaməsinə əsasən ona həvalə edilmiş səlahiyyətlər çox geniş əhatəli məsələlərə dair fəaliyyətini həyata keçirmək imkanı verir. Artıq 75 ildir ki, bu təşkilat sülhü dəstəkləməkdən əlavə, insan haqları, ətraf mühitin müdafiəsi, demokratiyanın və azad seçkilərin dəstəklənməsi, sosial və iqtisadi inkişaf, hətta ümumdünya miqyaslı tibbi problemlərin həlli kimi məsələlərlə məşğuldur. Belə ki, 2020-ci ildə BMT və onun ixtisaslaşdırılmış agentlikləri, məsələn, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal koronavirus pandemiyasının ilk günlərindən ona qarşı mübarizəyə qoşulublar.

Pandemiya, BMT-nin üzvü olan 193 dövlət və virtual Baş Assambleya

Bu gün Birləşmiş Millətlər Təşkilatına 193 ölkə daxildir. 1945-ci ildə təşkilat yenicə yaradılan vaxt ona 51 dövlət, o cümlədən SSRİ, Ukrayna SSR, Belorusiya SSR, Fransa, ABŞ, Böyük Britaniya, Polşa, Braziliya, Argentina, Meksika, Səudiyyə Ərəbistanı, Suriya və Efiopiya daxil idi. 2011-ci ildə Cənubi Sudan müstəqillik əldə edəndən dərhal sonra BMT-nin sonuncu üzvü kimi bu təşkilata qoşulub.

Yeri gəlmişkən, BMT Baş Assambleyasının 75-ci sessiyasında ümumi siyasi debatlarda koronavirus pandemiyası ucbatından BMT üzvü olan ölkələrin bütün liderləri tarixdə ilk dəfə öz çıxışlarının videoyazılarını əvvəlcədən Nyu-Yorka göndərməklə virtual formatda çıxış etdilər.

Qadınlar dünya arenasında - bir neçə nəfərdən onlarca nəfərə qədər

Hazırda dünyada dövlət və ya hökumət başçısı olan cəmi 22 qadın var. 1945-ci ildə BMT yaradılan vaxt planetimizdə baş nazir və ya prezident vəzifəsini tutan bircə qadın da yox idi. 1945-ci ildə San-Fransiskoda keçirilən konfransa gəlmiş 850 nümayəndə arasında cəmi 4 qadın vardı. Bu gün 52 qadın BMT-də öz ölkələrinin elçiləridir.

XXI əsrdə BMT-nin rolu və təşkilatda islahat

BMT-nin rəhbəri - Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təyin edilir. Təşkilatın tarixində cəmi doqquz baş katib olub. Onlar növbə ilə dünyanın müxtəlif regionlarını təmsil ediblər. Bu vəzifədə Norveçin, İsveçin, Myanmanın, Avstriyanın, Perunun, Misirin, Qananın və Cənubi Koreyanın nümayəndələri olub. Bu dəfə BMT-nin rəhbərinin Şərqi Avropa nümayəndəsi olacağı gözlənilirdi, lakin sonda həmin vəzifəyə əslən Portuqaliyadan olan Antonio Quterreş təyin edildi.

Quterreş bu vəzifədə fəaliyyətə başlayandan dərhal sonra təşkilatın daha səmərəli olması üçün islahatlara start verdi. Baş katib dedi: “XXI əsrdə BMT-də islahatın məqsədi əsas diqqəti proseslərə deyil, insanlara, bürokratiyaya deyil, nəticə əldə edilməsinə yönəltməkdir. Bu islahat hiss olunacaq nəticələr verməli, bizim xidmət etdiyimiz insanların həyatını yaxşılığa doğru dəyişməli, bizim işimizi dəstəkləyənlərin etimadını doğrultmalıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır