BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ ZATİ-ALİLƏRİ CƏNAB KOFİ ANNANA
Hörmətli cənab Baş katib, Daşkənd şəhərində baş vermiş təyyarə qəzası nəticəsində Birləşmiş Millətlər Təşkilatının yüksək rütbəli əməkdaşı, təşkilatınızın Özbəkistandakı rezident əlaqələndiricisi Riçard Konroyun həlak olması xəbərindən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 14 yanvar 2004-cü il.