Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artır
Bakı, 6 mart, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd artaraq 403 olub. Lakin buna baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 390 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 1 ədəd artaraq 310 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 372 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 92 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı isə 1 ədəd olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma - 316-ya düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]