Biz Azərbaycan gəncliyi olaraq öz qəhrəman şəhidlərimizlə fəxr edirik
Bakı, 20 yanvar (AZƏRTAC). Bu gün biz Azərbaycan gəncliyi olaraq 20 Yanvar şəhidlərimizi yad etməklə gələcək nəslə göstərmək istəyirik ki, şəhidlərimizi unutmasınlar. Biz Azərbaycan gəncliyi olaraq öz qəhrəman şəhidlərimizlə fəxr edirik. Bu gün onların uyuduqları müqəddəs məkanı ziyarət etmək bizim borcumuzdur.
Bu sözləri 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarətə gələn paytaxt sakini Seymur Həsənli AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, bu gün bizim həm qürur, həm də acı günümüzdür. Eyni zamanda, biz 20 Yanvar şəhidləri ilə fəxr edirik. Çünki Azərbaycanın yenidən müstəqilliyinə qovuşması məhz onların qəhrəmanlığından keçmişdir.
Biz bir xalq olaraq öz iradəmizi məhz bu gündə ortaya qoyduq, düşmənlərimizə qarşı vahid mövqe sərgilədik və Azərbaycanı istiqlaliyyətə qovuşdurduq. Həm bizim düşmənlərimiz, həm dünya ictimaiyyəti Azərbaycanın gücünü, xalqımızın iradəsini gördü və onunla hesablaşdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]