Biz şəhid verdik, lakin qalib gəldik
Bakı, 20 yanvar (AZƏRTAC). Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün “Azadlıq!” sədası göylərə ucaldı. Biz o azadlığı qanımız bahasına əldə etdik.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş şəhər sakini Minayə Hüseynova AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, bu gün nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz.
Minayə Hüseynova demişdir ki, şəhidlərimizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda tökülən qanı hədər getməmişdir. Hər birimiz Şəhidlər xiyabanına gedərkən içimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]