“Bizi daha yaxşı günlər gözləyir”
Bakı, 25 iyul, AZƏRTAC
27 yaşımda Laçından çıxmışam. Laçına çatanda torpağı öpəcəyəm. Nəhayət ki, həsrətimiz sona çatır.
Bunu AZƏRTAC-a Laçın rayon sakini Sevil Ağayeva deyib.
“Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz düşməni torpağımızdan qovdu. İnanıram ki, bizi daha yaxşı günlər gözləyir”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb. Böyük Qayıdış Proqramı çərçivəsində bu mərhələdə Laçın şəhərinə daha 19 ailə (89 nəfər) köçürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]