“Blick”: Karlos Sayns “Audi”nin Formula 1-də pilotu ola bilər
Bakı, 18 aprel, AZƏRTAC
“McLaren” komandasının keçmiş rəhbəri Andreas Zaydl 2023-cü ildə “Alfa Romeo-Sauber”də karyerasını davam etdirir və bu komandanın baş icraçı direktoru vəzifəsini tutub. Yüksəkvəzifəli menecer artıq 2026-cı il mövsümü üçün potensial pilotların siyahısını tərtib edir. Həmin vaxt komanda “Audi”nin zavod kollektivi olacaq.
AZƏRTAC “Blick” nəşrinə istinadla xəbər verir ki, “Audi” komandasında potensial namizədlər siyahısına “Ferrari” zavod komandasının hazırkı pilotu Karlos Sayns da daxil edilib. Andreas Zaydl və bu pilot “McLaren” komandasında əməkdaşlıq dövründən tanışdırlar.
İspaniyalı pilotun Skuderiya ilə əməkdaşlığının davam etməyəcəyi təqdirdə, kiçik Sayns “Audi”də əsas namizədlərdən biri olacaq. Karlosun potensial tərəfdaşı isə 2023-cü ildə “Mercedes” və “McLaren” komandalarının ehtiyat pilotu, alman Mik Şumaxer ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]