BMT miqrasiyaya nəzarət üçün vəsait çatışmazlığından şikayətlənib
Bakı, 14 noyabr, AZƏRTAC
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı ABŞ-ın maliyyə dəstəyinin azaldılmasından sonra qaçqınları izləmə proqramı üçün vəsait çatışmazlığından əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Brüsseldəki ofisinin rəhbəri Lukas Qerke bunu “Financial Times” qəzetinə müsahibəsində deyib. “Avropa İttifaqı ABŞ-ın buraxdığı boşluqları doldura bilməyəcək, lakin öz strateji qərarlarını verəcək”, - deyə Lukas Qerke bildirib. Onun sözlərinə görə, ABŞ-ın maliyyə dəstəyi kəsildikdən sonra miqrasiya məlumatlarının toplanması çətinləşib.
Nəşr qeyd edir ki, Avropa İttifaqı və BMT hazırda əlavə maliyyələşdirmə ilə bağlı danışıqlar aparır və əsas diqqət strateji sahələrə yönəldəcək. Belə olan halda Brüssel üçün daha az əhəmiyyət kəsb edən Latın Amerikası kimi regionlar diqqətdən kənarda qalacaq.
Vaşinqton uzun müddətdir ki, BMT-nin əsas donorlarından biri olub. 2022-ci ildə Vaşinqton təşkilatın büdcəsinin üçdəbirindən çoxunu təmin edib. 2025-ci il fevralın 3-də Birləşmiş Ştatların Prezidenti Donald Tramp administrasiyası beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə əhəmiyyətli maliyyə yardımı göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]