BMT-NİN AVROPA İQTİSADİ KOMİSSİYASININ EKSPERTLƏRİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR
Bakı, 16 aprel (AZƏRTAC). “Azərbaycanda Ekoloji Fəaliyyətin İkinci İcmalı”nın hazırlanması ilə əlaqədar BMT-nin Avropa İqtisadi Komissiyasının 12 eksperti Azərbaycanda səfərdədir.
Aprelin 21-dək davam edəcək səfər çərçivəsində “Azərbaycanın Ekoloji Fəaliyyətinin İkinci İcmalı”nın hazırlanması üçün müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
İcmal ekoloji siyasəti, ətraf mühitin qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi, əhalinin məlumatlandırılması, beynəlxalq əməkdaşlıq, nəqliyyatın atmosferə təsiri, tullantıların, su ehtiyatlarının idarə olunması və Xəzər dənizinin problemləri, meşələrin və biomüxtəlifliyin bərpası, torpaqların istifadəsi və digər sahələri əhatə edəcək, “Azərbaycanda Ekoloji Fəaliyyətin Birinci İcmalı”nın hazırlandığı 2003-cü ildən sonrakı dövrdə ölkədə əldə olunmuş nailiyyətləri əks etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]